Logo

Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq elmi konqresdə qalib olub

27.12.2021 10:22 704 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neft və Qaz Texnologiyası ixtisasının magistratura tələbəsi və böyük laborantı Arzu Behbudova XIII Beynəlxalq Gənclərin Elmi-Praktik Konqresində III yerə layiq görülüb. Konqres hibrid formatda təşkil edilib. 

Konqres hər il Qubkin Universitetinin Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil olunur. Bu il sözügedən konqresdə 30 ölkənin 45 universitetindən olan 219 tələbə, aspirant və gənc mütəxəssis iştirak edib.

Arzu Behbudova BANM-in Kimya Mühəndisliyi ixtisasının baş müəllimi Sevda Zərgərovanın elmi rəhbərliyi ilə hazırlanan "Heksadesilamin və Propilen Oksid əsasında sürfaktivlərin sintezi" mövzusunda məruzə ilə çıxış edib.

Xəbər lenti