Kanadalı rejissor Jan-Mark Valle 58 yaşında dünyasını dəyişib.
"Tehsil.biz" “Variety”yə istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, rejissor “Dallas alıcılar klubu” (2013) filmi və “Böyük kiçik yalan” (2017) serialı ilə məşhurluq qazanıb.
Jan-Mark Valle 2013-cü ildə Jared Leto və Metyu Makkonaxiyə “Oskar” mükafatı qazandıran "Dallas alıcılar klubu" filminə görə ən yaxşı montaj üzrə “Oskar” nominasiyasına layiq görülüb. Film Texasa qaçaqmalçılıq yolu ilə dərmanlar keçirən və onları QİÇS xəstələrinə paylayan bu infeksiyanın daşıyıcısı Ron Vudrofun gerçək hekayəsinə əsaslanır. (report)