Logo

Növbəti tədris ili üzrə Çində təhsil imkanını qaçırma!

27.12.2021 12:48 867 baxış
IMG

Çin Xalq Respublikasının 2022-2023-cü tədris ili üçün elan etdiyi təqaüd proqramına müraciətlərin qəbulu davam edir. Təqaüd proqramına sənəd qəbulu 9 yanvar 2022-ci il tarixinə kimi aparılacaq. 

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2022-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Xəbər lenti