Logo

Keçən il zorakılığa məruz qalan şagirdlərin sayı açıqlanıb

27.12.2021 12:54 540 baxış
IMG

2019-2020-ci illərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu ümumi təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı ümumilikdə 35 nəfər şagirdin təhsil müəssisəsindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkarlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq İcra Hakimiyyəti orqanının illik məlumatında qeyd edilib. 

Hesabatda bildirilir ki, onlardan 5-i seksual, 7-si fiziki, 5-i psixi zorakılığa və 18-si qısnanmaya məruz qalıb. 

Xəbər lenti