Logo

Bu il paytaxtda çalışan 63 nəfər təhsil işçisi təltif edilib

27.12.2021 13:23 460 baxış
IMG

Ölkə Prezidentinin sərəncamlarına əsasən, 2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən  63 nəfər təhsil işçisi təltif edilib.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 direktor 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub.

Xəbər lenti