Dekabrın 24-də keçirilən tələbə-rektor seçkisinin 1-ci mərhələsində Xüsusi texnika və texnologiyalar fakültəsinin iki namizədi - Bağırlı Rəqsanə Əlihüseyn qızı və Veysəlov Sənan Tərlan oğlu eyni sayda (26 səsdən 13) səs topladıqlarına görə onlar üçün təkrar seçki keçirilib. Səsvermədə fakültə üzrə 26 qrup nümayəndəsindən 25-i iştirak edib və Bağırlı Rəqsanə Əlihüseyn qızı 13 səslə Tələbə Senatının üzvü olmaq hüququ qazanıb.
Tehsil.biz xəbər verir ki, tələbə senatının tərkibi aşağıdakı kimi müəyyənləşib:
1. Nəqliyyat və logistika fakültəsi
Allahyarli Eltac Elşad oğlu - 109a4, 3-cü kurs
2. Energetika və avtomatika fakültəsi
Salahova Tünzalə Talib qızı - 679a1, 3-cü kurs
3. Metallurgiya və materialşünaslıq fakültəsi
Qurbanlı Günay Tahir qızı - 470a, 2-ci kurs
4. Maşınqayırma və robototexnika fakültəsi
Nurullayev Şamil Hikmət oğlu - 579a, 3-cü kurs
5. İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi
Mürsəlzadə Kərəm Elnur oğlu - 650a2, 2-ci kurs
6. Xüsusi texnika və texnologiya fakültəsi
Bağırlı Rəqsanə Əlihüseyn qızı - 729a, 3-cü kurs
7. İqtisadiyyat və idarəetmə fakültəsi
Gebekbeyov Emil Mahir oğlu - 950a, 2-ci kurs
Qeyd edək ki, 27 dekabr saat 17:00-da Tələbə Senatının iclası keçiriləcək. İclasdan sonra Tələbə Senatının üzvləri öz aralarından bir nəfəri tələbə-rektor seçəcəklər.