Dekabrın 24-də Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika və elektroenergetika fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirakı ilə "Elmi işlərin maarifləndirilməsi" adlı elmi seminar keçirildi.
Tehsil.biz xəbər verir ki, seminarı giriş sözü ilə açan fakültənin dekanı dosent Tamella Əhmədova iştrakçıları salamladı, seminarın əhəmiyyətindən bəhs etdi. Fakültənin elmi işlərindən və elmi işlərdə qazanılan nailiyyətlərdən, tələbələrin elmi işə, elmi tədqiqatlara münasibətindən danışdı. Tamella Əhmədova dissertasiya və buraxılış işlərinin yazılma qaydalarından, gənc tədqiqatçıların qarşısında dayanan vəzifələrdən bəhs etdi, onlara elmi fəaliyyətlərində uğurlar arzuladı.
Fakültənin TEC üzrə rəhbəri dosent Xəyalə Əliquliyeva fakültənin TEC üzrə, uğurlarını slayd vasitəsi ilə təqdim etdi.
Elmi seminarda fakültənin müəllimləri Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının assistenti Aysel Qəribli “Elmi işlərdə elmi işlərin tədqiqatı, predmeti ,elmi istiqaməti, elmi işin refleksiyası”, Fizika və onun tədrisi metodikası kafedrasını müəllim assistent Vəfa Səlimova “Elmi işlərin araşdırılmasında, materialın toplanması”, mövzularında slayd vasitəsi ilə çıxış etdilər.
Seminarda Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev, Elektromexanika kafedrasının müdiri dosent Turgay Hüseynov və Fizika və onun tədrisi metodikası kafedrasının müdiri dosent Fuad Məmmədov çıxışlarında elmi işlərdə çatışmayan cəhətlər, onların təqdim olunma üsulları, elmi rəhbərlərlə tələbələrin birgə fəaliyyətindən danışdılar.
Seminarında TEC-in sədri Şəfa İsayeva çıxış edərək əyani materiallar əsasında məqalə və tezislərin hazırlanmasının elmi və texniki cəhətləri, elmi məqalədə problemin qoyuluşu, həlli, araşdırmanın giriş, nəticə və xülasə hissələrinin yazılması ilə bağlı bir çox məqamlara aydınlıq gətirdi.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı.