Logo

BMU-nun komandası ali məktəb tələbələri arasında keçirilən bilik yarışının qalibi olub

27.12.2021 16:32 543 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) komandası “14-cü həmkarlar kuboku 2021” yarışmasının qalibi olub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə keçirilən və 3 turdan ibarət olan bilik yarışmasına 19 ali təhsil müəssisəsindən tələbələr qatılıb.

Tehsil.biz-in xəbərinə gőrə, bilik yarışmasının final mərhələsinin nəticəsinə əsasən BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Rayaxanım Ağazadənin rəhbərlik etdiyi “BMU” komandası (Ağasəf Məhərrəmov, Ruhid Cavadlı, Şahmurad Məmmədov, Səyyar Qurbanov, Abuzər Xudaverdiyeva, Cəmil İskəndərli) 1-ci yeri tutublar.

Digər yerlərə Azərbaycan Dövlət İqtisad Universiteti (2-ci yer) və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (3-cü yer) komandaları layiq görülüblər.

 

 

Xəbər lenti