Logo

Müəllim və tələbələrin kibertəhlükəsizlik barədə araşdırmaları “Scopus” bazasına daxil olub

08.12.2020 14:22 443 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” qrupunun müəllimi Aygün Abdulovanın elmi rəhbərliyi ilə tələbələrdən Sevinc Quliyeva, Səadət Fərhadova, Əfsanə Hüseynova və Məcid Qafarovun həmmüəllif olduqları elmi məqalə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunan “Müasir informasiya, ölçmə və idarəetmə sistemləri: problemlər və perspektivlər” adlı II beynəlxalq konfransa təqdim edilib.

 

UNEC-dən Təhsil.biz-ə  bildirilib ki, təqdim olunan məqalə “Scopus” bazasına daxil edilib. Məqalədə kibertəhlükəsizliyin böyük, orta və kiçik biznesə təsiri, şirkətlərin apardıqları mübarizə üsulları, eləcə də ən önəmli beş kibertəhlükəsi və onlardan müdafiə vasitələri geniş təhlil olunub.

Xəbər lenti