Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbələri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 28 dekabr – Vəkillər Gününə həsr edilmiş Milli Muzey Mərkəzində keçirilən “Dünya vəkil cübbələri və atributları” adlı sərgidə iştirak ediblər.
Bu barədə "Tehsil.biz"ə akademiyadan məlumat verilib.
Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən gətirilmiş 70-dək vəkil və hakim cübbəsinin, vəkillik və ədliyyə tarixinə dair medalların, ordenlərin, döş nişanlarının, markaların nümayiş etdirildiyi sərgidə tələbələr eksponatlarla yaxından tanış olaraq maraqlı məlumatlar əldə etmişdirlər.