Logo

LDU-da növbəti elmi seminar keçirilib

28.12.2021 08:56 784 baxış
IMG

27.12.2021 tarixində Tələbə Elmi Cəmiyyətinin LDU-nun Elmi hissəsi, eləcə də Elm və tədqiqat işləri şöbəsi ilə birlikdə müəyyən edilmiş icra planına uyğun olaraq Lənkəran Dövlət Universitetinin Filologiya və ibtidai təhsil fakültəsində növbəti elmi seminar həyata keçirilib.

Fakültənin dekanı dos. Elman Mirzəyevin, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Asiman Qafarlının və fakültə üzrə TEC-in  “Azərbaycan dili və ədəbiyyatı”, “Xarici dillər və tərcümə”, “İbtidai təhsil və məktəbəqədər təlim”, “Pedaqogika, psixologiya və incəsənət fənləri” Tələbə Elmi Tədqiqat Dərnəklərinə (TETD) üzv tələbələrinin iştirakı ilə “Müvafiq istiqamətdə elmi tədqiqat işinin aparılması formaları və tədqiqat işinin  nəticələrinin təhlil edilməsi prosesi” mövzusunda təşkil olunan II elmi seminarı Lənkəran Dövlət Universitetinin “Xarici dillər və tərcümə” kafedrasının müəllimi Haşım Əkbərov aparıb.

Elmi seminarda iştirakçılara elmi tədqiqat işinin həyata keçirilməsi haqqında məlumatlar təqdim olunub. Tədqiqat işlərinin həyata keçirilməsi zamanı milli və beynəlxalq səviyyələrdə tətbiq olunan tədqiqat formalarından nümunələr göstərilib. İzah olunub ki, tədqiqat işlərində formaların çox istifadə olunmasından daha vacib bir məsələ odur ki, əldə olunan nəticələr məqsədə müvafiq şəkildə şərh oluna bilsin. Bu istiqamətdə praktiki nümunələr də təqdim olunub.

Ədəbiyyatların seçimi, lazım olan informasiyaların düzgün axtarılma qaydaları və s. iştirakçılara izah olunub. İştirakçıların böyük marağına səbəb olan seminarın sonunda tələbə elmi tədqiqatçıları düşündürən suallara cavablar verilib. 

Qeyd edək ki, Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə növbəti elmi seminarı “Elmi tədqiqat işlərindən sonra nəticələrin şərh edilməsi, tezis və məqalələrin hazırlanması və təqdim olunması qaydaları” mövzusunu əhatə etməklə 2022-ci ilin fevral ayında həyata keçiriləcək.

Xəbər lenti