Logo

ADU-da 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib

28.12.2021 11:00 915 baxış
IMG

Dekabrın 27-də Azərbaycan Dillər Universitetində universitetin Filologiya fakültəsi nəzdində Xarici Dillərin Tədrisi metodikası kafedrasının baş müəllimi Könül Fərəcbəylinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan kafedranın müdiri,  ped.f.d, dos. Əmralı Şirəliyev  Yeni il münasibətilə təbrik edib, günün mahiyyətindən danışıb. 

Kafedranın baş müəllimi  Könül Fərəcbəyli 31 Dekabr tarixinin Azərbaycanın ən şərəfli günlərindən olduğunu qeyd edib və həmin günün tarixindən, ərsəyə gəlməsindən bəhs edib. Bu günün  ilk dəfə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb.  

Tədbir universitetin Təhsil -2, Tərcümə, Beynəlxalq münasibətlər və Regionşünaslıq, Filologiya fakültələrinin və Magistratura şöbəsi tələbələrinin  çıxışları ilə davam edib. Tələbələr -Məmmədli Günel, Məmmədova Rahilə, Nəbiyeva  Şəhanə, Maarifzadə Nəzmin, Kazımova Pərvanə,  Mustafayeva Zeynəb, Əsgərova Səbinə ingilis, fransız, italyan, alman dillərində müxtəlif ölkələrdə keçirilən Yeni il bayramı barədə təqdimatlar nümayiş ediblər. 

Sonda tələbələr- Əhmədli Türkan italyan dilində “Ya lasciatene cantare” adlı mahnı, Feyziyeva Ayşən isə alman dilində  müəllifi olduğu şeir səsləndirib.

Xəbər lenti