Logo

Bu il Bakı məktəbləri üzrə 2 343 vakansiya təqdim olunub

28.12.2021 11:06 952 baxış
IMG

2021-ci ildə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 343 vakansiya təqdim olunub.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsi nəticəsində 2 243  nəfər işə qəbul olunub.

Bunlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1272 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Xəbər lenti