Logo

Bu il Bakı məktəblərində 105 nəfər direktor müavini vəzifəsinə təyin edilib

28.12.2021 14:44 861 baxış
IMG

Bu il Bakıda direktorlara təyin edilən müavinlərin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə verilən məlumata görə, ümumtəhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə və yerdəyişmələr nəticəsində məktəblərə 105 nəfər direktor müavini təyin olunub.

Onlardan 76 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə layiq görülüb.

Xəbər lenti