Logo

AzTU-nun yeni tələbə-rektoru seçilib

28.12.2021 14:53 745 baxış
IMG

Dekabrın 28-si Tələbə Senatının iclasında tələbə-rektor seçkisinin sonuncu mərhələsi keçirilib.

Qaydalara görə, Senatın hər bir üzvünün özünə və digər namizədə (bir nəfər) səsvermə hüququ var. Səsvermənin nəticəsinə əsasən, Nurullayev Şamil Hikmət oğlu 4 səs, Allahyarlı Eltac Elşad oğlu 3 səs, Qurbanlı Günay Tahir qızı 2 səs, Gebekbəyov Emil Mahir oğlu 2 səs, digər üzvlər isə hər biri 1 səs toplayıb.

Beləliklə, Maşınqayırma və robototexnika fakültəsinin 3-cü kurs tələbəsi Nurullayev Şamil Hikmət oğlu səs çoxluğu ilə 1 il müddətinə AzTU-nun tələbə-rektoru seçilib.

Xəbər lenti