Bakı Dövlət Universitetinin (BDU) ENACTUS komandası Yeni Nəsil 2.0 (New Generation 2.0) müsabiqəsində “Green Bomb” layihəsi ilə iştirak edərək final mərhələsinda 200-dən çox layihə arasında 2-ci yeri tutaraq 7000 azn qrant eldə etdilər.
Qeyd edək ki, komandanın 7 üzvündən Əliyeva Ayişə Maarif qızı (4-cü kurs Coğrafiya müəllimliyi ixtisası) və Məmmədova Nərmin Daşqın qızı (3-cü kurs Kimya müəllimliyi ixtisası) SABAH qrupları BDU tələbələridir. Layihədə əsas məqsəd qısa vaxtda, az vəsait ilə yaşıllığın bərpası və kənd təsərrüfatında məhsuldarlığın artırılmasıdır.
Məlumat üçün bildirək ki, müsabiqə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Coca Cola Fondu, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı və Youth Inc. Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilirdi.