Logo

UNEC: “Açıq qapı” günlərində tələbələrin müraciətləri dinləniləcək

28.12.2021 16:34 712 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanvarın 5-dən fevralın 2-dək payız semestrinin imtahan sessiyası keçiriləcək.

UNEC-dən bildirilib ki, sessiya müddətində ikinci imtahan həftəsindən başlayaraq hər həftənin şənbə günü İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə rektorun “Açıq qapı” günləri keçiriləcək. "Açıq qapı" günlərində imtahan sessiyası ilə bağlı tələbələrin müraciətləri dinləniləcək.

Sessiya dövründə UNEC-in 1846 “Qaynar xətt”i və rəsmi feysbuk səhifəsi tərəfindən müraciətlər operativ şəkildə cavablandırılacaq.

Xəbər lenti