Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubiley mərasimində aktiv iştirak edən "MEH" ədəbi dərnəyinin üzvləri universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev tərəfindən təltif olunublar.
Tehsil.biz xəbər verir ki, təltifetmə mərasimində ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, "MEH" ədəbi dərnəyinin yaradıcısı professor Mahirə Hüseynova da iştirak edib. Tələbələrə universitet rəhbərliyi adından fəxri fərmanlar və simvolik yubiley hədiyyələri və nəşrləri təqdim edilib.
Prorektorlar tələbələri təbrik edərək onların universitet və bütövlükdə təhsil ictimaiyyəti üçün mühüm tarixi hadisədə iştirakını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, 2019-cu ildən ADPU-da fəaliyyət göstərən "MEH" ədəbi dərnəyi bir çox tədbirlər həyata keçirmiş, üzvləri ictimai işlərdə daim fəail iştirak etmişdir. Dərnək üzvləri həmçinin ADPU-nun 100 illik yubiley mərasiminin bədii hissəsində hazırladıqları kompozisiya ilə çıxış etmişlər.