Logo

Ali təhsil müəssisələri iqtisaiyyatdakı böhrana görə bağlıdır - "Taliban"

29.12.2021 09:03 874 baxış
IMG

Əfqanıstanda bütün ali təhsil müəssisələri iqtisadi böhrana görə bağlı qalır.

Bu barədə Əfqanıstan İslam Əmirliyinin (ƏİƏ) ali təhsil naziri Abdula Baki Hakkani bəyan edib.

«Ali təhsil müəssisələrinin açılması üçün çox vaxt lazım gələcək. Təhsilin başlanması üçün universitetlərin maliyyələşdirilməsi, qızlar üçün xüsusi auditoriyaların açılması və onlar üçün müəllimlərin işə qəbulu məsələlərini həll etmək lazımdır» - Hakkani deyib.

Qəzet xatırladır ki, sentyabrın 12-də Hakkani vəd etmişdi ki, Əfqanıstan universitetləri həftə ərzində işini bərpa edəcək. Bu zaman o, etiraf edib ki, təhsil sektoru pandemiya başlayandan bəri ən çox zərər çəkmiş sahədir, sonra isə Əfqanıstanda hakimiyyətin dəyişməsi.

Nazirin sözlərinə görə, indi Əfqanıstanda tələbələr (və qız tələbələr) ayrıca təhsil alacaqlar və qızlara qadın müəllimlər dərs verəcəklər.

AzPolitika.info

Xəbər lenti