Logo

AzTU-nun kafedra müdiri koronavirusdan vəfat edib

08.12.2020 16:21 508 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika kafedrasının müdiri, professor Hüseyn Orucov koronavirusdan vəfat edib.

 

Bu barədə Tehsil.biz-ə AzTU-dan məlumat verilib.

 

Bildirilib ki, H.Orucov 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.

 

1990-cı ildən AzTU-nun Fizika kafedrasında baş müəllim, 1995-ci ildən dosent, 2009-cu ildən professor kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

 

2010-cu ildə AzTU-nun Elektronika kafedrasına müdir təyin edilib. 2011-ci ildə yenidən bu vəzifəyə müsabiqə yolu ilə seçilib.

 

120-dən artıq elmi əsərin, ali məktəb tələbələri üçün iki dərslik, dörd dərs və metodiki vəsait, abituriyentlər üçün bir test kitabının müəllifidir. Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Hüseyn Orucov gənc alimlərin hazırlanmasında fəal iştirak edib.

Xəbər lenti