Logo

Xəzər Universitetinin müəlliminin məqaləsi Türkiyə mətbuatında dərc edilib

08.12.2020 16:23 453 baxış
IMG

Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Vasif Hüseynovun həmmüəllif olduğu məqalə “Insight Turkey” jurnalında dərc olunub.

 

Universitetdən bildirilib ki, məqalədə İkinci Qarabağ müharibəsinin səbəbləri və nəticələri, müharibə dövründə baş verən hadisələrin təhlili, tərəflərin öhdəlikləri haqqında araşdırma və fikirlər öz əksini tapıb.

 

Müəlliflər, Ermənistanın humanitar atəşkəs dövründə mülki əhalini hədəfə almasını vurğulayıb, müharibənin nəticələrinin münaqişə tərəflərinə necə təsir göstərəcəyini qeyd ediblər.

Xəbər lenti