Bu il Bakıda elektron sistem vasitəsilə yerdəyişməsi aparılan şagirdlərin sayı açıqlanıb.
Bu barədə "Tehsil.biz" ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə (sy.edu.az) həyata keçirilib.
2021-ci ildə 46 250 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.