Qərbi Kaspi Universitetinin tələbələr arasında Erasmus+ proqramı çərçivəsində bir semestr ərzində təhsilini İstanbul Kültür Universitetində davam etdirmək üçün elan etdiyi Açıq Müsabiqə sona çatıb.
"Tehsil.biz" in məlumatına görə, son mərhələdə iştirak edən 7 tələbə arasında universitetin Filologiya və Tərcümə Məktəbinin Tərcümə ixtisasının 3-cü kurs tələbəsi Arizə Məmmədova Türkiyə Universitetində təhsil hüququ qazanıb.
Tələbəmiz İstanbul Kültür Universitetinin ingilis dili imtahanında da yüksək nəticə göstərib.