Logo

ADNSU-da maaşlar artırıldı

29.12.2021 17:56 1306 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bütün əməkdaşlarının maaşları artırılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə qərar ADNSU-nun Elmi Şurasının dekabrın 29-da keçirilmiş iclasında qəbul olunub.

Elmi Şuranın qərarı ilə 1 yanvar 2022-ci il tarixindən universitetin professor-müəllim heyətinin, inzibati, təsərrüfat və texniki vəzifələr üzrə çalışan işçilər də daxil olmaqla bütün əməkdaşların maaşı artırılıb.

Xəbər lenti