Logo

Bu il təhsil müəssisələri üçün 21 000 kompüter alınıb

29.12.2021 18:21 757 baxış
IMG

2021-ci təqvim ilində ölkənin təhsil müəssisələri üçün indiyədək ən çox sayda -  21 000 kompüter alınıb.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Məktəblərin yeni alınmış kompüterlərlərlə təchizatı nəticəsində 300 min şagirdin  rəqəmsal bacarıqları artacaq, 400 minə yaxın şagirdin summativ qiymətləndirilməsi rəqəmsallaşacaq, 5 regionun (Bakı, Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt)  365 min nəfər şagirdi üçün e-jurnal və e-gündəlik sisteminin tətbiqi mümkün olacaq.

Xəbər lenti