Logo

Ekspertdən deputata SƏRT REAKSİYA: "Kreslosu yumşaqdır..."

30.12.2021 08:51 1108 baxış
IMG

"Zatən uzun illərdir, daha dəqiq desək, 2005-ci ildən bu yana tələbələrin xarici ölkələrə üz tutmasına şahidlik edirik və hər il bu say artan xətt üzrə inkişaf edir".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, qanuni və ya qeyri-qanuni (attestatla və ya imtahanla) xarici ölkə universitetlərinə qəbul olanların sayı artıq minlərlədir:

"Hələ bu da azmış kimi ölkədə mövcud olan ali təhsil müəssisələrinə qəbul olub bir və ya iki il sonra xaricə üz tutan tələbələrimiz də az deyil. Bütün bunlar isə acınacaqlıdır və gələcək üçün xoş heç nə vəd etmir".

Elçin Əfəndi ölkəmizdə tələbələr üçün lazımi şərait yaradılmamasından, habelə tələbələrə qarşı irəli sürülən lazımsız təkliflərin olmasından da danışıb:

"Biz bu beyin axınının qarşısını ala bilmirik, hələ durub utanmadan da tələbələri faktiki şərtlər altında işğaldan azad olunmuş ərazilərə göndərməklə bağlı fikir səsləndiririk. Azalan tələbə, gənclik ordusunu bu da azmış kimi qırğına göndərmək fikrini dilimizə gətiririk. Bəzi millət vəkillərinin kreslosu yumşaqdır, oğul-qız dərdi çəkmirlər, elə bilirlər hər kəs onlar kimi yaşayır və onlar kimi övlad böyüdür".

Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclisin deputatı Aqil Abbas tələbələrin işğaldan azad edilmiş ərazilərdə işə cəlb olunması ilə bağlı təklif irəli sürmüşdü.

Fəqan Əzimli

Xəbər lenti