Logo

Bu il istifadəyə verilən təhsil müəssisələrinin sayı AÇIQLANIB

30.12.2021 11:45 978 baxış
IMG

2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 12, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə 3, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) sifarişi ilə 2, Qaçqınlar və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sifarişi ilə 1 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən 69 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib.

Onlardan 29-da tikinti, 9-da əsaslı təmir işləri görülüb, o cümlədən 1 peşə mərkəzi tikilib, 31 modul tipli məktəb quraşdırılıb.

Xəbər lenti