Logo

Bu il işə qəbul olan müəllimlərin sayı açıqlanıb

30.12.2021 11:54 1169 baxış
IMG

Bu il Azərbaycanda işə qəbul olan müəllimlərin sayı açıqlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, il ərzində ümumilikdə 12 154 vakansiya üzrə müsabiqə elan edilib.

Hazırki dövrə kimi 10000 nəfərə yaxın namizəd işlə təmin olunub. 3 794 nəfər müddətsiz, 5 866 namizəd isə müddətli əmək müqaviləsi əsasında işə qəbul olunub. İşə qəbul edilmiş müəllimlərin 51 faizi ucqar kənd məktəblərinin payına düşür. Namizədlərin işə qəbulu prosesi tədris ilinin sonunadək davam edəcək.

Xəbər lenti