Logo

Azərbaycanda 201 əcnəbi tələbə dövlət hesabına təhsil alır

30.12.2021 12:19 910 baxış
IMG

Azərbaycanda 201 əcnəbi tələbə dövlət hesabına təhsil hüququ əldə edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ölkə Prezidentinin sərəncamları ilə təsis edilən Təhsil Qrantı Proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 67 ölkədən 125 əcnəbi təhsil almaqdadır.

HTP çərçivəsində cari tədris ilində Macarıstan, Qazaxıstan, ÇXR vətəndaşlarının qəbulu aparılıb. Hazırda 4 fərqli ölkədən 76 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil alır.

Ümumilikdə 69 ölkədən 201 nəfər əcnəbi tələbə Azərbaycan ali təhsil müəssisələrində təhsil alır.

Xəbər lenti