Logo

“Möhtəşəm 2021–Yubileylər ili”

30.12.2021 15:13 976 baxış
IMG

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin və universitetin Xarici Dillər Mərkəzinin dosenti Qəribə Məmmədovanın təşkilatçılığı ilə “Möhtəşəm 2021-Yubileylər ili” adlı tədbir təşkil olunub.

Tədbirdə şöbədə dərs aparan müəllimlər, şöbənin əməkdaşları və müxtəlif ixtisaslar üzrə magistrantlar iştirak ediblər. 
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov tədbiri giriş sözü ilə açaraq artıq başa çatmaqda olan 2021-ci ildə bir neçə əlamətdar yubileylərin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, 2021-ci ildə Qarabağ zəfərimizin 1 lliyi, dahi şairimiz Nizami Gəncəvinin 880 illik, Müstəqilliyimizin bərpasının 30 illik,  doğma Azərbaycan Dövlət Pedqoji Universitinin 100 illik yubileyləri ən yüksək səviyyədə keçirilib, müxtəlif tədrbilər təşkil olunub və qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü də hər il olduğu kimi bütün azərbaycanlılar tərəfindən sevinclə qeyd edilir. 

Məzmunlu və əhatəli ssenari üzrə keçirilən tədbirdə ADPU-nun məzunu, İkinci Qarabağ müharibəsi qazisi Elvin Rasulov, II Qarabağ müharibəsi şəhidi mayor Anar Məmmədovun həyat yoldaşı Nəzirə Məmmədova və şəhid leytenant Fərid Məmmədovun həyat yoldaşı, eyni zamanda universitetin I tədris ili magistrantı Şəhla Məmmədova çıxış ediblər. 

Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası, Təhsildə sosial-psixoloji xidmət və Tarix müəllimliyi ixtisası üzrə təhsil alan magistrantlar tərəfindən Qarabağın tarixi, Vətən müharibəsinin xronikası, müstəqilliyimizin əhəmiyyəti, həmrəylik gününün mahiyyəti, ADPU-nun 100 illik tarixi, Nizami Gəncəvinin  haqqında Azərbaycan və ingilis dillərində məruzə ilə çıxış ediblər. Magistrantlar vətənpərvərlik mövzusunda müxtəlif bədii əsərlərdən parçalar səsləndiriblər, mahnılar ifa ediblər.

Sonra dosent Qəribə Məmmədova tədbirin vacibliyindən, qeyd olunan bütün yubileylərin xalqımız və universitetimiz üçün əhəmiyyətindən danışıb, tədbirin keçirilməsinə yaratdığı şəraitə görə universitet rəhbərliyinə və fəal iştirakına görə magistrantlara təşəkkürünü bildirib. 

Tədbirin sonunda isə xaricdə yaşayan həmyerlilərimizin video təbrikləri tədbirə daha da maraq qatıb.

Xəbər lenti