Dekabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.
2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələrə həsr edilmiş iclasda universitetin rektoru professor Cəfər Cəfərov giriş sözü ilə çıxış edib.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov məruzə iıə çıxış edərək ADPU-nun 100 illik yubileyi çərçivəsində görülmüş işlər haqqında və 2021/2022-ci tədris ilinin payız imtahan sessiyasına hazırlıq haqqında geniş məlumat verib.
Daha sonra cari məsələlər ətrafında müzakirələr aparılıb.
İclasın yekununda universitetdə tədris prosesinin daha mütəşəkkil təşkil edilməsini təmin etmək məqsədilə ADPU-nun 100 illik yubileyi çərçivəsində görülmüş işlər və ADPU-nun 2021/2022-ci tədris ilinin payız sessiyasına hazırlığı barədə tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun məlumatı nəzərə alınaraq müvafiq struktur rəhbərlərinə lazımi təlimatlar verilib. O cümlədən filologiya üzrə elmlər doktoru, professor Hüseynova Mahirə Nağı qızının “Missiya” və “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı interasiyası” kitabları Dövlət Mükafatına təqdim edilməsi, ADPU-nun 2022-ci il üçün prioritet istiqamətlər üzrə fəaliyyət planının təsdiq edilməsi və digər cari məsələlərlə bağlı qərar qəbul olunub.
İclasın sonunda ADPU-nun rektoru prof. C.Cəfərov, universitet HİK sədri dos. V.Əliyev və THİK sədri dos. V.Məmmədova Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfredrasiyasının “Xidmətlərə görə” medalı təqdim edilib.