Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı paylaşım edib.
Tehsil.biz xəbər verir ki, paylaşımda deyilir:
Əziz dostlar, müəllimlər və tələbələr!
Sizin hər birinizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyinin, sarsılmaz əzminin bir daha şahidi olduq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi bütün dünyaya xalqımızın nə qədər vətənpərvər, nə qədər qəhrəman olduğunu bir daha göstərdi. Milli birliyimizin, həmrəyliyimizin gücünü nümayiş etdirdi.
Sizi bir daha təbrik edir, gələcək işlərinizdə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.