Logo

BSU-da rektor səlahiyyətlərini icra edən Anar Nağıyevin universitet icmasına təbriki

31.12.2021 15:46 1086 baxış
IMG

Hörmətli professor-müəllim heyəti, hörmətli əməkdaşlar, əziz tələbələr və dəyərli tərəfdaşlar!

Sizi 31 dekabr –dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Ulu Öndər Heydər Əliyev tərəfindən təsbit  edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi günü azərbaycançılıq idealogiyasının təcəssümü olmaqla xalqımızın və dövlətimizin maraqları naminə birlik rəmzini ifadə edir. 

Biz xoşbəxt nəsilik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin növbəti ilinə qədəm qoyuruq!

Əziz BSU ailəsi!
Vətən Müharibəsində Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş Universitetimizin şəhid məzunları olan Nicat Şükürlünün, Kənan Rüstəmlinin və Elnur Allahverdizadənin vətənpərvirlik nümunəsi Universitet icmasının fəxarət yerinə çevrilmişdir. Həmrəylik günü öncəsi, eyni saatlarda Bakıda, Sumqayıtda və Biləsuvarda şəhid məzunlarımızı ziyarət edən Universitet kollektivinin üzvləri növbəti illərdə qarşımızda daha böyük və məsuliyyətli hədəflərin durduğunu bir daha ifadə etmişdilər.

Əziz həmkarlar!
2021-ci ilin yekunlarına dair qısa icmalı formalaşdıranda ilin əsasən uğurlu layihələrlə zəngin olduğunu qeyd edə bilərəm. Bildiyiniz kimi, son aylar ərzində Universitetimizdə elmin və akademik mühütin inkişafı və keyfiyyətinin artırılması məqsədi ilə mühüm addımlar atılmış, müxtəlif stimullaşdırıcı mexanizmlər yaradılmış və tətbiq edilmişdir. Məqsədimiz elmi tədqiqat nəticələrinin beynəlxalq elmi- metrik bazalarda çəkisini, kommersiyalaşdırılmasını və icma (iqtisadi) əsaslı əhəmiyyətini artırmaqdan, BSU-da rəqabətə davamlı keyfiyyətli təlim prosesini gücləndirməkdən ibarətdir.
Təhsil proqramlarının icrasının təlim nəticələrinin mənimsənilməsi və keyfiyyətinin təmin edilməsi, eləcə də onların beynəlmilləşməsi və rəqabətədavamlılığının təmin edilməsi məqsədi ilə idarəetmə islahatları həyata keçirilmiş, fakültələr restrukturalizsiya edilərək təhsil proqramları əsaslı (profilli) şəkildə formalaşdırılmışdır.

Dəyərli tərəfdaşlar!
Dünya əhəmiyyətli ictimai siyasi liderlərin və alimlərin fəxri doktorları olduğu Bakı Slavyan Universitetinin dəyərli tərəfdaşları ilə münasibətləri daha da inkişaf etmiş, onların dəstəyi ilə nailiyyətlərimizin sərhədləri genişlənmişdir.
Bu müddət ərzində “Rus dili müəllimliyi” ixtisasının inkişafı məqsədi ilə xarici dil kimi rus dilinin öyrənilməsinin AzMKÇ (Milli Kvalifikasiyalar Çərçivəsi) və CEFR (Xarici dillərin tədrisi üzrə Ümumi Avropa Çərçivəsi) tələblərinə uyğun məzmunun inkişaf etdirilməsi və tətbiqi məqsədi daşıyan layihəmiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrant lmüsabiqsəinin qalibi olmuş, təhsil proqrmlarının beynəlmilləşdirilməsi və slavyan dillərinin öyrənilməsində kulturoloji elementlərin tətbiqini əhatə edən “bolqar dilinin öyrənilməsi” layihəsi isə Bolqarısatanın Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənmişdir. Bu müddət ərzində respublika və beynəlxalq əhəmiyyətli tədbir və konfransların təşkilatçısı və iştirakçısı olmuşuq.
2022-2025-ci illər üzrə Strateji Planımızda müəyyən edildiyi kimi, BSU-nun rəqabətə davamlı beynəlxalq təhsil proqramlarının tətbiqində və regionda Slavistika üzrə aparıcı tədqiqat və mükəmməllik mərkəzinə çevrilməsi işində sərgiləyəcəyiniz dəstəyiniz əvəzsizdir!

Əziz BSU məzunları!
Bakı Slavyan Universiteti sizin peşəkar və karyera yükəslişinizin inkişafında və dəstəklənməsində maraqlı olduğunu bir daha ifadə edir. Bu məqsədlə iyul ayından etibarən məzunların iş həyatında və sonrakı təhsil səviyyəsində dəstəklənməsi məqsədi ilə pilot layihələr həyata keçirilmiş, məzunların, eləcə də əməkdaşlar və hazırki tələbələrin ömürboyu öyrənmə imkanlarının genişləndirilməsi, eləcə də slavyanşünaslıq üzrə tədqiqatın dəstəklənməsi məqsədi ilə 2022-ci ildən etibarən Ömürboyu Öyrənmə və Slavistika Mükəmməllik Mərkəzlərinin yaradılması planlaşdırılır.

Əziz tələbələr!
Artıq ənənəvi təhsilə qayıtmışıq və bu prosesinin mərhələli şəkildə tam reallaşması üçün ötən semestri sizinlə birlikdə çalışdıq. Sizlərin tədris prosesində aktiv iştirakınızın məntiqi sonluğu təlim prosesindəki rolunuzu və universitetin idarəedilməsində tələbə iştirakçılığının səviyyəsinin yüksəldilməsi ilə nəticələnməkdədir.

Bir daha, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibət ilə Bakı Slavyan Universitetinin icmasını təbrik edir, sizə möhkəm can sağlığı, Universitetimizin keyfiyyətli və rəqabətədavamlı təhsil və tədqiqat məkanına çevrilməsi kimi birgə işimizdə açıq zəka və böyük nailiyyətlər arzu edirəm!

Hörmətlə,
Anar Nağıyev

Xəbər lenti