Logo

Naxçıvan Dövlət Universitetinin dosenti vəfat edib

01.01.2022 16:31 947 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin dosenti Dilsuz Qasımov vəfat edib.

Dilsuz  Qasım  oğlu  Qasımov 1949-cu ilin yanvar ayında Naxçıvan MR   Naxçıvan  rayonun (indiki Babək rayonu)  Sirab  kəndində anadan olub. 1961-ci ildə Sirab kənd səkkiz illik, 1965-ci ildə Leninabad (indiki Kərimbəyli) kənd orta məktəbini bitirərək 1971-ci ildə Azərbaycan Kənd Təssərrüfatı İnstitutunu bitirərək alim-aqronom ixtisası, 1981-ci ildə  Bakı Ali Partiya Məktəbini bitirərək  ali  iqtisadi-siyasi təhsil alıb.

1991-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik  İnstitunun aspiranturasını bitirib və 1993-cü ildə AMEA–nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  disertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, 2013-cü ildə dosent elmi dərəcəsini alıb. Azərbaycanın  müstəqillik  dövrünədək  Naxçıvan  MR  partiya, sovet, təsərrüfat orqanlarında  rəhbər  vəzifələrində  çalışıb. Dilsuz Qasımov 1991-1993-cü illərdə AMEA-nın Genetika və Seleksiya  İnstitutunda baş elmi işçi,1993-1994-cü illərdə Naxçıvan MR Bitki Mühafizə Stansiyasında aparıcı mütəxəssis, 1994-1995- ci illərdə Naxçıvan  MR Ali Məclisinin iqtisadi qanunvericilik şöbəsində referent,1995-1996-cı illərdə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində əkinçilik şöbəsinin rəisi,1996-2006- cı illərdə Babək rayon Şəkərçilik Şirkətinin direktoru vəzifələrini icra edib.

Qeyd edək ki Dilsuz Qasımov 2005-2006-cı illərdən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat ” kafedrasının müəllimi, 2010-cu ildən baş müəllimi, 2011-ci ildən dosent əvəzi,  2013-cü ildən isə ali təhsil ocağının  dosentidir.

35 elmi əsərin o, cümlədən kitab, dərs vəsaiti, metodik vəsait və fənn proqramlarının müəllifidir. Dilsuz Qasımov həmçinin 5 kitabın, 9 tədris proqramının da müəllifidir. Mərhum bir sıra respublika və beynəlxalq səviyyəli simpozium və konfransların iştirakçısı olub, xarici ölkələrdə ezamiyyətdə olaraq, məruzələrlə çıxışlar edib.

Allah rəhmət eləsin!

Xəbər lenti