Tarixdə bu gün 9 DEKABR
09.12.2020 09:38
774 baxış
Dünyada olan hadisələr
- 1917 — İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib.
- 1931 — İspaniyada İkinci Respublika yaradılıb.
- 1941 — Çin, Yaponiya, Almaniya və İtaliya saziş imzalayıblar.
- 1950 — Harri Gold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib.
- 1961 — Tanzaniya müstəqillik qazanıb, Julius Nyrere prezident seçilib.
- 1985 — BMT-nin üzv ölkələri yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər.
- 1990 — Polşada prezident seçkilərində Lex Valesa qalib gəlib.
- 1992 — BMT Somalidə sülhməramlı əməliyyatlara başlayıb.
- 1992 — İngiltərə şahzadəsi Çarlz və Şahzadə Diana ayrıldıqlarını açıqlayıblar.
- 1996 — BMT İraq əhalisinə neft əvəzinə ərzaq vermək haqqında qətnamə qəbul edib.
- 1997 — Klod Monenin "Truvildə çimərlik" tablosu 8,6 mln ABŞ dollarına satılıb.
- 1998 — Rut Dreifuss İsveçrə Konfederasiyasının ilk xanım prezidenti seçilib.
- 1998 — Arxeoloqlar Cənubi Afrikada yaşı üç milyon ildən çox olan ilk (bütöv) insan skeletinin tapıldığını bildiriblər.
- 2003 — İraq Dövlət Şurası bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Səddam Hüseynin keçmiş rejimində yüksək vəzifə sahibləri olmuş şəxsləri araşdırmaq üçün xüsusi məhkəmə təşkil edib.
- 2004 — Kanada Konstitusiya məhkəməsi eyni cinsdən olan insanların evlənmələrinin konstitusiyaya zidd olmadığı qərarını verib.
- 2008 — Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi dəfn olunub.
Azərbaycanda olan hadisələr
- 1925 — Zaqafqaziya kommunist təşkilatlarının IV qurultayı başa çatıb.
- 1927 — Sovet şairi Mayakovski Bakıya gəlib.
- 1989 — AXC idarə heyəti buraxılıb, onun səlahiyyətlərini yerinə yetirən, radikallardan ibarət Müvəqqəti Təşkilat Qrupu yaradılıb və nəticədə radikallar daha da fəallaşıb.
- 2007 — Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilib.
Doğumlar
- 1742 - Karl Vilhelm Şeyele - İsveç kimyaçı.
- 1916 — Kerk Duqlas - aktyor.
- 1953 — Con Malkoviç - aktyor.
- 1961 — Fikrət Məmmədov (general) - Azərbaycan Silahlı Qüvvələrinin generalı, Üçüncü Ordu Korpusunun komandiri, "Qırmızı Ulduz", "Azərbaycan Bayrağı" ordeni kavaleri.
- 1978 — Cess Metkalf - aktyor.
- 1982 — Tamilla Abbasova - Velosiped sprinti üzrə 2004-cü il Yay Olimpiya Oyunlarının və 2005-ci il Dünya Çemionatının gümüş mükafatçısı, Dəfələrlə Avropa çempionu, Rusiyanın əməkdar idman ustası.
Ölümlər
- 1048 — Əl-Biruni - Şərq mütəfəkkiri
- 1669 – Papa IX Klemen - Roma papası
- 1963 — Lətif Səfərov - azərbaycanlı rejissor (d. 1920).
- 1973 — Lütfəli Abdullayev - azərbaycanlı aktyor, Azərbaycanın xalq artisti (d. 1914).