Logo

Bakı Slavyan Universitetinin əməkdaşı vəfat edib - FOTO

02.01.2022 12:55 1148 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) kollektivinə ağır itki üz verib.

Tehsil.biz xəbər verir ki, yanvarın 1-də Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı müəllimləri nəslinin yetişdirilməsində mühüm xidmətləri olmuş, ömrünü ali və orta məktəblər üçün dərsliklərin və tədris vəsaitlərinin hazırlanmasına həsr etmiş istedadlı pedaqoq və metodist, pedaqogika üzrə fəlsəfə doktoru,dosent Mədinə Qiyasbəyli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mədinə Qiyasbəyli 1948-ci il mayın 6-da Bakı şəhərində anadan olub.

Qeyd edək ki, böyük pedaqoji məharəti ilə bərabər Mədinə Qiyasbəyli həm də xarici dil kimi rus dili üzrə tədris vəsaitləri komplektlərinin  hazırlanmasına ciddi töhfələr verən metodist-alim idi.

Uzun illər çalışdığı BSU-nun Rus dili və onun tədrisi metodikası kafedrasında,  Heydər Əliyev adına Müasir Təhsil Kompleksində həmkarları  ilə birgə hazırladığı dərslik komplektləri yerli və əcnəbi təhsilalanlar üçün əvəzolunmaz tədris resursları idi.

Allah rəhmət eləsin!

Xəbər lenti