Vaşinqtonda bu ilin ilk qarı yağıb.
Kolumbiya dairəsində əlverişsiz hava səbəbindən federal təşkilatların ofisləri və məktəblər bağlanıb. Yalnız fövqəladə xidmətlərin əməkdaşları işə çıxıblar.
Boran hətta Ağ Evin fəaliyyətinə də təsir edib. Belə ki, bazar ertəsi keçirilməli olan ənənəvi brifinq ləğv edilib.
Proqnoza görə, kəskin soyuqlar həftənin sonuna qədər davam edəcək.