Logo

Bakı Slavyan Universitetinin tələbəsi Murad Hüseynli “İlin könüllüsü” adına layiq görülüb

09.12.2020 10:40 490 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər İli” elan edilib. Dövlət başçımızın bu Sərəncamına uyğun olaraq respublikamızda çoxsaylı tədbirlər həyata keçirilir və könüllülük hərəkatında xüsusi fərqlənən gənclər müxtəlif nominasiyalar üzrə təltif edilirlər. Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin II tədris ili tələbəsi, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, respublika müsabiqələri laureatı, Yeni Azərbaycan Partiyasının təqaüdçüsü Murad Hüseynli də “İlin könüllüsü” adına layiq görülüb.

 

Bizimlə söhbəti zamanı Murad Hüseynli bildirdi ki, bu gün Azərbaycan xalqı tarixi anlara şahidlik edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən 30 ilə yaxındır işğal altında qalan torpaqlarımız, doğma Qarabağımız azad olundu, yeni tarix yazıldı. Müqəddəs üçrəngli dövlət bayrağımız Azərbaycanın incisi, doğma Şuşamızda dalğalandı. Vətən uğrunda canından keçən şəhidlərimizin qanı yerdə qalmadı. Bu müddətdə cənab Prezidentin inamlı çıxışları bizi Qələbəyə daha da yaxınlaşdırdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan bu möhtəşəm Qələbədə ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzolunmazdır. Xalqımız Mehriban xanım Əliyevanın simasında Azərbaycan qadınının müdrik, mərhəmətli və sülhsevər mücəssəməsinin şahidi olmaqdadır. Hamılıqla Qələbə bayramını qeyd edirik. BSU-nun tələbə-könüllüləri də hamı kimi sevinir, Prezidentimizlə, mənsub olduğumuz xalqımızla və Ordumuzla qürur duyurlar. Azərbaycan əsgərinin ön cəbhədə göstərdiyi qəhrəmanlıq könüllülər üçün əsl vətənpərvərlik nümunəsi oldu. Tərəddüd etmədən deyə bilərik ki, ən böyük könüllü, ölümü gözə alaraq Qarabağın işğaldan azad olunması uğrunda bütün varlığı ilə savaşan Azərbaycan əsgəridir.

 

BSU-nun tələbə-könüllüləri də Vətən müharibəsinin ilk günlərindən verilən bütün tapşırıqları layiqincə yerinə yetirdilər, ön cəbhədə vuruşan əsgər və zabitlərimizə dəstək oldular. Buna görə onlar özlərini məmnun hiss edirlər. Gələcək nəsillər hər zaman xatırlayacaqlar: Qarabağımıza məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə, yəni Prezidentin elan etdiyi “Könüllülər İli” ndə qovuşduq. Bu, könüllülər üçün ən böyük sevincdir.Bu sevinci könüllülərə yaşatdığı üçün onlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, şanlı Azərbaycan Ordusuna sonsuz təşəkkür edirlər.

 

Gənclər, könüllülər həmişə cənab Prezidentin yanındadırlar. Onlar inanırlar ki, dövlət başçımızın rəhbərliyi altında xalqımız bundan sonra da böyük qələbələr qazanacaq.

 

Murad Hüseynli bizimlə söhbəti zamanı tələbə-könüllülərə göstərdiyi xüsusi diqqət və qayğıya görə BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevaya təşəkkür etdi və göstərilən etimadı layiqincə doğruldacaqlarını bildirdi.

 

Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!

 

Eşq olsun yenilməz, igid Azərbaycan Ordusuna!

 

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Biz də Murad Hüseynlini bu uğuru münasibətlə təbrik edir, ona möhkəm cansağlığı, təhsildə və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

BSU-nun Mətbuat və informasiya şöbəsi

Xəbər lenti