Logo

UNEC-də "Açıq qapı" günləri keçiriləcək

05.01.2022 11:22 733 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu gündən başlayan payız semestrinin imtahan sessiyası fevralın 2-dək davam edəcək.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, sessiya müddətində ikinci imtahan həftəsindən başlayaraq, hər həftənin şənbə günü İctimai Nəzarət Şurası üzvlərinin  iştirakı ilə rektor Ədalət Muradovun  “Açıq qapı” günləri keçiriləcək.

"Açıq qapı" günlərində imtahan sessiyası ilə bağlı tələbələrin müraciətləri dinləniləcək.

Sessiya dövründə UNEC-in 1846 Qaynar xətti və rəsmi Facebook səhifəsi tərəfindən müraciətlər operativ şəkildə cavablandırılacaq.

Xəbər lenti