Logo

Qazaxıstan 12 illik təhsilə hazırlaşır

05.01.2022 13:05 1134 baxış
IMG

Qazaxıstan yeni ildən "Təhsilli millət" layihəsinin icrasına başlayır.  Layihənin əsas məqsədi təhsilin bütün səviyyələrində təhsilalanların biliklərinin keyfiyyətini artırmaqdır.

Layihədə ehtiva olunan konkret məsələlər bunlardır:

-Birinci vəzifə məktəbəqədər tərbiyə və təlimin əlçatanlığını və keyfiyyətini təmin etməkdir.

-İkinci vəzifə orta təhsilin keyfiyyətinin artırılmasıdır: bölgələr, şəhər və kənd məktəblərinin PISA göstəriciləri arasında fərqlərin azaldılmasıdır. Milli Layihə çərçivəsində 12 illik təhsilə keçid planlaşdırılır.

-Üçüncü vəzifə məktəbləri rahat, təhlükəsiz və müasir təhsil mühiti ilə təmin etməkdir. Şagird yerlərinin çatışmazlığını azaltmaq üçün 2025-ci ilə qədər ölkə üzrə 1000 yeni məktəbin tikintisi nəzərdə tutulur.

-Dördüncü vəzifə əlçatan, keyfiyyətli texniki və peşəkar təhsili təmin etməkdir. 2025-ci ilə qədər gənclərin 100% -i tələb olunan ixtisaslar üzrə pulsuz texniki və peşə təhsili ilə təmin ediləcək.

- Beşinci vəzifə Qazaxıstan ali məktəblərinin rəqabət qabiliyyətini yüksəltməkdir.  Ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini və beynəlxalq imicini artırmağa yönəlmiş “Akademik üstünlük mərkəzləri” layihəsinin icrasına başlanılıb. Milli layihə çərçivəsində 20 akademik üstünlük mərkəzi (15 regional və beş pedaqoji ali məktəb) yaradılacaq.
 

Oruc MUSTAFAYEV

Xəbər lenti