Bu gün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının fəxri məzunu qardaşı Əhmədov İslam İlqar oğlu ilə birlikdə şəhidlik zirvəsinə ucalmış, kiçik çavuş, Vətən müharibəsinin Şəhidi ƏHMƏDOV ƏLİ İLQAR oğlunun doğum günüdür.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Əhmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
Əli Əhmədov sentyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!