Logo

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

05.01.2022 16:56 1024 baxış
IMG

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaq.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

İlk “Açıq qapı” günü 2022-ci ilin 6 yanvar tarixində keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Xəbər lenti