Logo

AzTU-da qış imtahan sessiyası başlayıb

05.01.2022 17:33 895 baxış
IMG

Yanvarın 5-də Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ili üzrə qış imtahan sessiyası başlayıb.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, imtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub.

Şifahi imtahanların keçirilməsi üçün AzTU-da 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub.

Test  imtahanları isə kompüter zallarında təşkil olunub. Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq imtahanda iştirak edən bütün tələbələr tibbi maska və pandemiya əlehinə qoruyucu vasitələrdən istifadə edir. Həmçinin imtahan zamanı tələbələr arasında sosial məsafənin qorunmasına riayət olunur.

İmtahanlar fevralın 2-dək davam edəcək.

Xəbər lenti