Logo

AMEA-nın magistraturasında qış imtahan sessiyası 23 elmi müəssisədə təşkil ediləcək

05.01.2022 18:37 876 baxış
IMG

AMEA-da qış imtahan sessiyası yanvarın 5-dən fevralın 2-dək keçiriləcək.

AMEA-dan bildirilib ki, akademiyanın magistrantlarının xarici dil (ingilis dili) fənni üzrə imtahanının altı qrup üzrə yanvarın 11-də keçirilməsi planlaşdırılır. Müəyyən olunmuş qrafikə əsasən imtahanlar AMEA-nın magistratura təhsilini həyata keçirən 23 elmi müəssisəsində təşkil ediləcək.

Qış imtahan sessiyasının nəticələrinə görə təqaüd almaq hüququ olan magistrantların siyahısı fevralın 15-dək müəyyən ediləcək.

Xəbər lenti