Logo

Humanitar Kollecdə tələbə tələbəni BIÇAQLADI

05.01.2022 19:50 1482 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecdə bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə hadisə az əvvəl yaşanıb.

Məlumata görə birinci və ikinci kursda oxuyan tələbə oğlanlar arasında mübahisə yaşanıb. Nəticədə biri digərini bıçaqlayıb. Bıçaqlanan tələbə təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Digəri isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Bıçaqlanma hadisəsinin hansı səbəbdən baş verdiyi məlum deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə yaratdıq. Qurum rəsmisi Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirərək, məsələni araşdıracaqlarını deyib.

Xatırladaq ki, Humanitar Kollecin direktoru Nərmin Qaralovadır. O, ötən il noyabrın 26-da 67 müəllimin işinə rəsmi xitam verib.

Nərmin Qaralovanın adı əvvəllər də müxtəlif qalmaqallarda çəkilib. Bir müddət əvvəl kollec rəhbəri tələbəsini “bizə şam tutan lazım deyil” ifadəsi ilə təhqir edərək mətbuatın gündəminə gəlmişdi.

Xəbər lenti