Logo

2022-ci il üçün ən çox tələb olunan peşələr açıqlanıb

06.01.2022 09:10 968 baxış
IMG

2022-ci ildə ixtisassız kadrlara tələbat olacaq.

Bu barədə rusiyalı rekruter İlgiz Valinurov bildirib.

O, əmək bazarında ən böyük tələbatın kuryerlərə, taksi sürücülərinə və satıcılara olacağını proqnozlaşdırıb.

Valinurov qeyd edib ki, əmək bazarının köklü şəkildə dəyişəcəyini gözləməyə dəyməz.

“Cəmiyyətin müəyyən kadrlara ehtiyacı illər keçdikcə inkişaf edir. Ancaq bəzi tendensiyaları izləmək olar. Xüsusilə, satışla əlaqəli peşələr 2022-ci ildə aktual olacaq. Bura reklam və marketinq sahəsində mütəxəssisləri daxildir. Bu ixtisaslar üzrə vakant yerlər iş təkliflərinin yarısına qədərini tutacaq”, - deyə o fikirlərini bölüşüb.

Valinurovun proqnozuna görə, ticarətdən sonra çatdırılma və logistika sektoru böyüməyə başlayacaq. “Marketpleyslərin (elektron kommersiya platforması, elektron ticarət onlayn mağazası – red.) sayı artır, istehsal həcmi də buna uyğun olaraq artır və bunların hamısını kimsə çatdırmalıdır”, - deyə ekspert əlavə edib.

Əmək bazarı mütəxəssisinin fikrincə, taksi sürücülərinə də tələbat qalacaq.

“Həmçinin, əmək bazarında rəqəmsallaşma ilə əlaqəli insanlara ehtiyac olacaq. Bununla belə, söhbət IT direktorlarından yox, strateji düşünməyi bacaran, rəqəmsal transformasiya ilə məşğul olmağa hazır olan və şirkət daxilində yeni yanaşmalar təklif edən insanlardan gedir”, -deyə Valinurov vurğulayıb.

Mənbə: Lenta.ru

Xəbər lenti