Logo

Bakının bu məktəbində iki gündür işıq yanmır

06.01.2022 10:45 502 baxış
IMG

Bakının 167 nömrəli tam orta məktəbində iki gündür işıq yanmır.

Tehsil.biz xəbər verir ki, bunu həmin məktəbdə oxuyan şagirdlərin valideynləri deyiblər.

Onlar qeyd ediblər ki, elektrik enerjisi olmadığına görə şagirdlər soyuq sinif otqalarında dərs keçirlər.

Məktəbdən bildirilib ki, təhsil ocağının yaxınlığındakı küçədə elektrik xətlərində qəza baş verib, nəticədə məktəbə elektrik enerjisinin verilməsi kəsilib: "Azərişıq" ASC bu gün problemi həll etməyə çalışır. Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur. Tədris prosesi davam edir, davamiyyət normaldır".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, məktəbin elektrik enerjisi təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub: "Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir".

Xəbər lenti