Çin Xalq Respublikasının 2022-2023-cü tədris ili üçün elan etdiyi təqaüd proqramına müraciətlər qəbul olunur.
Təhsil Nazirliyindən bildirilib ki, təqaüd proqramına sənəd qəbulu yanvarın 9-dək davam edəcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın bu ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.