Logo

Bakı Ali Neft Məktəbinin tələbələri "NETTY-2021" mükafatına layiq görülüblər

06.01.2022 12:44 476 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət “Crocusoft” mobil komandası “NETTY-2021” Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Bildirilib ki, komandanın hazırladığı "Smart Customs" tətbiqi “İlin mobil tətbiqi” seçilərək "Dövlət və cəmiyyət" nominasiyasında qalib olub. Tələbələrin hazırladığı tətbiq 300 mindən çox yüklənmə sayı, 5 min rəy və 4.9 reytinqlə önə çıxıb. “Crocusoft” komandasının proqramçıları BANM-in müxtəlif ixtisaslarının tələbələri - Mirkamal Qasımov, Aynur Əsədova, Elman Şükürov və Mirnicat Cabbarlıdır.

Qeyd edək ki, Azərbaycan Milli İnternet Mükafatında NETTY akademikləri 2021-ci ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqramlar arasında ən yaxşılarını seçiblər. Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və İT layihələr seçilib.

Xəbər lenti