Logo

UFAZ-da imtahanların keçirilməsi zamanı karantin qaydalarına ciddi əməl olunur

06.01.2022 13:12 550 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlanıb.

UFAZ-dan bildirilib ki, imtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na ciddi riayət edilir.

UFAZ-da bakalavriat üzrə 4, magistratura üzrə 3 ixtisas var. Ümumilikdə imtahanlarda 579 bakalavr və 107 magistr iştirak edəcək.

İmtahanlar yanvarın 14-də başa çatacaq.

Xəbər lenti